CGF Kök Hüceyrə Müaciləsi

Kök Hüceyrə və OZONLA oynaqlarda YENİDƏN DOĞUŞ

Son bir neçə ildən bəri kirəcləşmə  və yumşaq toxuma narahatlıqlarının (fibromyalji) müalicəsi məqsədiylə kök hüceyrə (CGF-CD34) + OZON birlikdəliyini tətbiq etməklə mükəmməl nəticələr əldə olunur.

İlk olaraq ürək əməliyyatları, sonra diş implant müalicəsi əsnasında konsentrə trombositlərin toxuma təmiri üzərində çox təsirli olduqları təsbit edilmişdir.

Sonrasında bu üsul daha da inkişaf etdirilərək xəstənin  öz qanından kök hüceyrə (CGF-CD34 Konsentrat Growth Factor) müalicəsi tapılmışdır.


Bu möcüzəvi müalicə şəkli çox müxtəlif sahələrdə istifadə edilərək mükəmməl nəticələr alınmışdır;

  • Oynaqlarda menisküs yırtıklarını aradan qaldırmaqda,
  • Xüsusilə diz oynaqlarının kirəcləşməsində  qismən irəliləyiş  və ağrının aradan qaldırılmasında,
  • Oynaq əməliyyatları öncəsi  mütləq tətbiq olunması məsləhət görülür
  • Fibromyalji xəstəliyində, ağrılı sərtlikləri çözüb ağrıları aradan qaldırmaqda,
  • Kremlərə qarışdırılaraq tətbiq olunması dəridə qırışları aradan qaldırıb, dərinin daha canlı və  parlak olmasını təmin edir,
  • Dəri altına enjektə edilərək dolğunluq  və gençləşməsini təmin etməkdə,
  • Diş implant müalicəsində daha tez sağalmasını  təmin etməkdə,
  • Saç tökülməsinin qarşısının alınmasında,
  • Yaraların sağalmasını  sürətləndirmə kimi daha bir çox möcüzəvi təsirləri vardır.

Kök hüceyrə (CGF-CD34) müalicə kursu zamanı tətbiq edilən  maye (serum)  az miqdarda kök hüceyrə, oksigen, qlükoza, böyümə faktoru və müxtəlif müalicə maddələriylə birlikdə bütün bu effekti yaratmaqdadır. Heç bir əks  təsiri olmayan təbii bir müalicə üsulu olduğu için də çox etibarlıdır.

Ozon müalicəsi də; qığırdaq toxuma bərpa  və yenilənməsində çox müvəffəqiyyətli nəticələr göstərir. Oynaqlarda yığılmış zərərli maddələri uzaqlaşdırır əlavə Detox təsiri yaradır. Oynaqlardakı  bərpanı təmin etməklə yanaşı və sürətlə sona çatdırılmasını da başarır.  Bütün bunlara görə  kök hüceyrə (CGF-CD34) + OZON müalicəsi oynaqlarda daha təsirli olub hədəfə tuşlanmış müalicənin uğurunu təmin edir. Xəstələrimizin sağlıqlarına qovuşmaları  mükəmməldir.

Oynaq şikayətləri dərhal və  tamamilə keçməkdədir. müalicə; oynaqların erkən yada gecikmiş vəziyyətlərində də  tətbiq oluna bilir. CGF-CD34 + OZON kombinə müalicəsi 20 gün yada 1 ay arayla 3 dəfə tətbiq olunmaqdadır. Sonrasında ildə 1 dəfə tək doza tətbiq edilir. Tətbiq qan alışıyla birlikdə təxminən yarım saat vaxt aparır.