Çiyin Xəstəlikləri

ÇİYİN  XƏSTƏLİKLƏRİ (TENDİNİT, BURSİT, PERİARTRİT, DONUK ÇİYİN, İNPİNGEMENT)

Gündəlik həyatda qolumuzu oynatmaq və işlətməyimizi  təmin edən çiyin oynağı, 6 istiqamətdə hərəkətə imkan verən ən qarışıq oynaqdır.   Lif, sümük, sinir, damarlar çox sayda bağ və digər dəstəkləyici toxumalardan ibarət çiyin oynağında , bu strukturlara təsir edən fərqli səbəblərdən  ağrılar baş verə  bilər. Narahatlıq vaxtında aradan qaldırılmazsa həyat boyu qolda hərəkət məhdudiyyəti və güçsüzlük, ağrı müşahidə olunacaq. 

Çiyin xəstəlikləri, çiyin bölgəsindən qaynaqlana biləcəyi kimi, ürək, ağciyər, qaraciyər, boyun yırtığı qaynaqlı da ola bilərlər.

Çiyin ağrıları  müxtəlif şəkillərdə başlaya bilər.

  • Zədə (şüşə silmə, yüksək şkafdan kitab alma, uzun müddət səhv mövqedə kompüter, avtomobil istifadə etmək, ağır əşya qaldırmaq kimi hərəkətlərdən doğan )
  • Düşmə,
  • Çiyin qırıq və çıkıklarından sonra hərəkətsizlik təsiriylə,
  • Çiyində və qolda yavaş yavaş başlayıb, gedərək artan ağrılar,
  • İdman edərkən ya da məşq sonrası.
  •  

Çiyin ağrısının ən sıx rastlanan səbəbləri

  • Lif cırıqları, zədələnmələr,
  • Bursit və tendinit (içi maye dolu kisəciklər, tendon iltihabı)
  • Qırıqlar, çıxıqlar,
  • Sinir sıxışması,
  • Kirəcləşmə,
  • Romatizmal xəstəliklər (xüsusilə polimiyalji romatika)
  • Donuq çiyin (oynaqda hərəkət kıstlanması)
  • Ağciyər şişləri, iltihabları,
  • Qaraciyər və öd kisəsi xəstəlikləri,
  • Boyun yırtıqları.
  •  

Çiyin ağrılarında  hansı vəziyyətlərdə həkimə müraciət edilməlidir?

  • Çiyin ağrısı, çiyin oynağı travmalarından sonra başladısa,
  • Çiyində şəkil dəyişikliyi,
  • Çiyində gedərək artan ağrı,
  • İstirahət zamanı da  davam edən və ya gecə yuxudan oyandıran çiyin ağrısı,
  • Çiyində ağrı yüngül olsa da, 3 gün istirahət və ağrı kəsici istifadəsinə baxmayaraq davam edir isə,
  • Qolu qaldırmaqda çətinlik yaranirsa,
  • Qolda ağrı olmasa belə  hər hansı bir əşyanı  qaldırmaqda çətinlik çəkərkən ,
  • Çiyin əzlələrində qızartı və hərarətin artması.
  •  

DONUQ  ÇİYİN XƏSTƏLİYİ

Qolumu qaldırmaqda çətinlik çəkirəm, saçımı daraya bilmirəm, gecə qolumun üstündə yata bilmirəm deyirsinizsə donuq çiyin xəstəliyinə namizəd ola biləcəyinizi söyləyə bilərik.

Donuq çiyin, çiyin oynağınızın müxtəlif  səbəblərdən  kifayət qədər hərəkət ettirə biməmək və nəticə olaraq  sonrasında, çiyində görülən ağrı və hərəkət məhdudluğu ilə xarakterizə olunan bir vəziyyətdir. Adamın qolunu yana açması, kürəyinə aparması, saçını daraması, yüksəkdən bir şey alması çətinləşir. Yalnız uyğun müalicə edildiyi təqdirdə tədricən problem aradan qalxmağa başlayır.

İdman edərkən baş verən  əzələ zədələnməsi, cırıqları, qırıq, çıxıq kimi vəziyyətlər çiyin hərəkətlərində bir müddət məhdudiyyət yarada bilər, hərəkətsizlikdən  sonrakı dövrdə donuq çiyin problemi ortaya çıxar. Qoldakı bir neçə həftəlik hərəkət məhdudluğu donuq çiyin probleminə yol aça bilər.

Ürək damar, xroniki ağciyər, şəkər,vərəm xəstəlikləri ağciyər şişləri,  xolesterol yüksəkliyi, zob şişləri olan insanlarda donuq çiyin daha sıx görülər. Başlanğıcda ağrı səbəbiylə adam qolunu hərəkət etdirməkdən kaçınır.Sonrasında əzələ və  bağlarda əmələgələn yığılmalar  səbəbiylə oynaq hərəkətləri getdikcə məhdudlaşacaq.

Təəssüf ki xəstələr  çiyin ağrıları şiddətli deyilsə və gündəlik həyatda çiyinlərini çox aktiv hərəkət etdirmirlərsə ilk başlarda ağrılara düqqət etməzlər.  Bu da müalicəyə gec başlamağa gətirib çıxarır. Düzgün müalicə edilməyən xəstələr həyatı boyu çiyin hərəkətlərində məhdudiyyətlər ilə yaşamaq məcburiyyətində qalarlar.

 

Donuq çiyin xəstəliyinin ən çox görüldüyü vəziyyətlər:

  • Qolun hərəkət ettirilməsiylə artan çiyin ağrısı
  • Üzərinə yatmakla artan çiyin  ağrısı
  • Qolu müəyyən bir nöqtədən çox qaldıra bilməmək və ya döndərə bilməmək
  •  

Çiyin Oynağı; müxtəlif parçalardan ibarət olan bir oynaqdır. Bu parçalar sayəsində qolunuzu qaldıra, döndərə və yellədə bilirsiniz. Ancaq donuq çiyin vəziyyəti yaranıbsa, oynağın müəyyən qisimlərində şəkil dəyişikliyi baş verir  və qolunuzu hərəkət etdirmək istədiyiniz zaman ağrı və məhdudiyyətlər hiss edərsiniz.

Donuq çiyin diaqnozu qoyulurkən  müayinə və ağrı testi  aparılır. Bundan sonra çiyininizin rentgeni və ya MR yada Tomoqrafiyası lazım olur.  Əgər başqa xəstəlik müəyəyn edilərsə o istəqamətdə müayinə aparılır.

Çiyin oynağını  hərəket etdirmək  ən əhəmiyyətli qoruyucu tədbirdir. Donuq çiyinin müalicəsində; müalicə bərpa  və reabilitasiya üsulları müvəffəqiyyətlə tətbiq edilərsə xəstəlikdən qurtulmaq mümkündür.

Hil müalicə və ultrasəs kimi elektroterapi cihazları, donuq çiyin xəstəliklərində vacib olan  məşqlər, manuplatif üsullar müalicənin əsasını təşkil etməkdədir. Məşqlərin  düzgün  təşkil edilməsi,  sağalmanın  ana pilləsidir. Xəstəliyə səbəb olan faktorlar da mütləq nəzərə alınmalıdır. Çiyinə vurulan oynaq içi kortizon iynələri vəziyyəti yüngülləşdirmək üçün deyil, sadəcə  ağrını azaltmaq məqsədi güdərsə, toxumaların müalicəsini ləngidə bilər. Çiyin  oynağı qığırdaklarında  yüksək  dərəcədə daralma və qısalma olan xəstələrdə cərrahi üsullara müraciət edilə bilər.

Donuq çiyin müalicəsində; ancaq xəstəliyin dərəcəsinin müəyəyən edilməsi və onu yaradan səbəblərin aradan qaldırılması istiqamətində aparılan  müalicə nəticəsində  ömür boyu davam edən  çiyin ağrısı və qolun hərəkət məhdudiyətindən   xilas olmaq  mümkündür.