Diz Kirəçləşməsi Müaciləsi

Diz oynağı bədənimizin ən hərəkətli və ən çox yük daşıyan oynağıdır.  Nərdivan enib qalxma, oturub-durmaq, yerimə və  qaçma əsnasında dizə  düşən  yük artır və daima artan  yük oynaqda pozulmalara gətirib  çıxarır. Yaş artdıqca  oynaq sürüşkənliyinin  azalması, qığırdaq yenilənməsindəki yavaşıma, sümük quruluşdakı deformasiyalar  diz oynaqlarında ağrı əmələ gətirir ki, nəticədə xəstədə mexaniki  hərəkət məhdudiyyəti  yaranır.

Diz ağrıları, erkən dövrdə asan  müalicə edilir. Dizdəki problem irəlilədiyində isə ağırlıq düşən, ən hərəkətli oynaq olması və menisküs, bağ kimi toxumalardakı pozulmalar da əlavə olunmuşsa müalicə uzanır. Əksər hallarda  cərrahi müdaxilə və  protez  qoyulmaqla nəticələnir.



 

 

Ona görə də,

  • Dizlərdə çöməlmə və ya ayağa qalxmada problem yaşanırsa,
  • Dizlərdə bəzi hərəkətlər zamanı  tutulma, kilidlənmə olursa,
  • Diz oynaqlarında yeriyərkən, nərdivan enmə və qalxma zamanı ağrılarlar yaranırsa,
  • Dizləri qatlayıb oturmaqda çətinlik çəkirsinizsə,
  • Bəzən  dizlər şişirsə,
  • Bu əlamətlərlə qarşılaşırsınızsa mütləq  müalicə bərpa və Reabilitasiya həkiminə müraciət edilməlidir

Qadınlarda, menopoz sonrası omba bağlarındakı zəifləmələr və qığırdaq quruluşunun yumuşamasıyla birlikdə diz oynağın düşən  yükün artması, dizlərdəki aşılanmayla birlikdə dizlərin daxili hissəsinə daha çox yükün düşməsinə səbəb olur. Bu da oynaq üzlərindəki aşınma, oynaqda qığırdaqların yumşalması və sümükdəki deformasyaların artması ilə nəticələnir.

Müalicədə xəstənin maarifləndirilməsi  çox əhəmiyyətlidir. Xəstə  əvvəlcə xəstəliyi haqqında ətraflı  məlumat almalıdır.

Xəstə  oynağın həddindən artıq yüklənməsi yolverilməzdir. Xəstənin kilo verməsi də   həddindən artıq yük düşən diz oynaqlarında kirəcləşmə ilə bağlı şikayətləri  azaldır. Ağrılı dövrlərdə istirahət məsləhətdir.

Diz osteoartritində istifadə edilən nonsteroid anti iltihab dərmanlar yalnız ağrı kəsici olub, kirəcləşməni  müalicə etmir. Bu dərmanlardan  dizdə istilik artımı və şişlik olan kəskin dövrdə enflamasyonun  (iltihablaşma, şişkinlik və digər hallarla müşahidə olunan proses) qarşısını almaq üçün istifadə edilməlidir.

Diz oynağı osteoartritində; idman hərəkətləri xəstəyə  xas müəyyən edilməlidir.  Həddindən artıq yükləmə və ya kiçik diqqətsizlik  ağrıların  artmasına səbəb ola bilər. Buna görə də məşq cədvəli diqqətlə hazırlanmalıdır.


DİZ KİRƏÇLƏŞMƏSİ MÜALİCƏSİ

Texnologiyanın inkişafı ilə bağlı olaraq, əvvəllər  toxuma istilik məqsədli  müalicə bərpa kurslarının  yerini, toxuma yenilənməsi məqsədli bərpa  müalicə kursları  almışdır. Diz oynaqlarındakı həm sümük, həm yumşaq toxumaların müalicəsində tətbiq edilən bərpa  müalicə qurğuları toxumalardakı zədələri  erkən dövrdə müalicə edə bilməkdədir. Diz oynağına düşən  yükü azaltmaq və müqaviməti artırmaq üçün omba və bud əzələlərinin gücləndirilməsində də reabilitasiya bərpa  cihazları təsirli şəkildə istifadə edilməkdədir.

Son illərdə, təbii müalicə üsullarının   kimyəvi dərmanlardan daha üstün olduğunu isbatlayan müalicə növlərinə, bədənin öz özünü yeniləmə  mexanizmləri də əlavə edildiyindən bu sahədə xeyli irəliləyiş var.

Elmi araşdırmalar nəticəsində; əzələ-skelet sistemi xəstəliklərində PRP üsulunun toxumaların  oyanmasına  imkan yaratdığı təsbit edilmişdir.

PRP İngilis “Platelet Rich Plasma” ifadəsinin baş hərflərindən törədilmiş olub, trombosittən zəngin plazma mənasını verməkdədir. Bu üsulda dərman xəstənin öz qanından hazırlanır.  Yəni təbii bir müalicə üsuludur. PRP müalicəsi  ağrı kəsici məqsədli yox,  xəstəliyi müalicə etməyə istiqamətlənmiş bir üsuldur.