Əhənglənmə (Osteoartrit)

Sabah yuxudan duranda  hər yerim ağrıyır, hərəkət edincə bir az rahatlanıram, oynaqlarımdan çıtır çıtır səslər gəlir, nərdivan enib çıxmaqda çətinlik çəkirəm, əlimdə əskini belə  sıxa bilmirəm. Mənə  nələr olur? Yaşlanırammı?

Bəli, hərəkətsiz cəmiyyət daha tez yaşlanır və kirəcləşmə getdikcə daha çox insanın  problemi olmağa başlayır.

Kirəcləşmə  (osteoartrit) oynaq qığırdaqlarının  quruluşunun pozulmasına yol açan bir xəstəlikdir. Qığırdaqda  və qığırdaqların altındakı sümük toxumada dəyişikliklər nəticəsində sümükdə şəkil dəyişiklikləri və oynaq kənarında çıxıntılar əmələ gətirir. Oynaqlar içindəki mayenin azalmasıyla sümüklər bir-birinə sürtünməyə başlayır və pozulmalar baş verir.

Kirəcləşmə xüsusilə onurğa, əllər, omba və diz oynağında olan  bir xəstəlikdir. 55-60 yaşdan sonra  qadınlarda əl və dizlər, kişilərdə isə ombalar daha çok kirəcləşməyə məruz qalır.

Əldəki kirəcləşmə zamanı  barmaqların uc oynaqlarında şişlik və sümük çıxıntıları, ağrı və səhərlər əllərdə tutulmalar müşahidə olunur.

Diz kirəcləşmələrində; diz ağrısı, dizlərdə hərəkət zamanı  sürtünmə səsləri, hərəkət məhdudiyyəti  və şəkil pozuqluqları ortaya çıxır. Çöməlmə, nərdivan enib çıxma və kürsüyə oturub qalxmada çətinlik yaranır. Bəzən dizlərə  maye yığıldığından  şişlik əmələ gəlir.

Omba kirəcləşməsində  hərəkət məhdudluğu yaranır, yerimək və üzüyuxarı qalxmaq ağrı ilə müşahidə olunur, əksər halda hərəkət  məhdudiyyəti  yaranır.

Onurğa kirəçləşməsində isə; boyun, kürək  və ya bel ağrıları, hərəkətlərdə çətinlik və sərtlik, ombaya yayılan ağrılar görülür.

Qılçalarda   ağrı bu bölgədən keçib qılçalara  enən sinirin təzyiqə məruz qalmasına və ya kanalın daralmasına bağlı ola bilər. Bu şikayətlər zaman zaman boyun və bel yırtığı yaranması ilə yanlış olaraq  qarışa bilər.
 

  • ƏHƏNGLƏNMƏ (Osteoartrit) NƏDƏN QAYNAQLANIR?

Osteoartrit əmələ gəlməsi  bir çox risk faktoruna bağlıdır.  Ən sıx bu səbəblər;

  • Qadın olmaq
  • Yaşın irəliləməsi,
  • Köklük
  • Genetik olaraq
  • Hərəkət azlığı
  • Sıx və səhv edilən idman
  • Təsadüfi istifadə edilən kalsium və sümük əriməsi dərmanları
  • Oturaraq və ya ağır qaldıraraq çalışmaq
  • Revmatik xəstəliklər
  • Zob xəstəlikləri

KİRƏCLƏŞMƏ DİAQNOZU NECƏ QOYULUR?

Şikayətlər, əlamətlər və müayinə detalları, rentgen filmləri kirəcləşmə  diaqnozunda ən faydalı tədqiqlərdir. Oynaqda şişlik var isə bəzi qan təhlilləri istənilə bilir. Kirəçləşməyə bağlı onurğa iliyi kanal dəyişikliklərini görmək üçün MR və ya BT təhlilinə ehtiyac duyula bilər.

Gündəlik həyatda çətinlik çəkən xəstələr  nə ETMƏLİDİR? Müalicə necə aparılır?

Əzələ skelet sistemi xəstəliklərində ilk müraciət ediləcək həkim  müalicə bərpa mütəxəssisidir. Diaqnoz əsasən  bütün təhlillərin sonucundan çıxarılan nəticəyə görə qoyulur və kirəçləşmə  aşkarlandıqda  oynağnın bərpası üçün müalicə bərpa məşqlərinə başlanır. Diz kirəcləşməsi olan adam dizlərinə çox yük salmaqdan  qaçınmalıdır, məsələn alçaq kürsüyə oturmaq və ya dizləri qatlayaraq oturmaq olmaz.

Ağrını azaltmaq və daha sərbəst hərəkət etməyi təmin etmək üçün, müalicə tələblərə və həyat tərzinə görə təşkil edilməlidir.

Kirəcləşmə  müalicəsi gündəlik həyatınızda oynaqları  qorumağa istiqamətli dəyişikliklər etməklə başlayır. Kök və ya şışman insanların  kilo verməsi oynaqlara  minən yükü azaldacağından müalicəyə yardımı  olacaq.

Ağrıkəsici həblər  və ya regional olaraq tətbiq olunan dərmanlar və müxtəlif  bərpa  müalicə üsulları istifadə edilməkdədir. Toxumaları, eyni zamanda  əzələ və bağ toxumalarını gücləndirərək əlavə yükləri azaltmaq da əhəmiyyətlidir.

Kirəcləşməyə  oynaq mayesi azaldığı üçün, sümüklərin sürtünməsindən  qaynaqlanan pozulmaları və şikayətləri azaltmaq üçün oynaq mayesini əvəz edən dərman  istifadə edilməkdədir.

Xüsusilə diz oynaqlarında  toxuma  yenilənməsini təmin etmək məqsədiylə istifadə edilən PRP üsulu müvəffəqiyyətli nəticələr verməkdədir. Lazım gələn vəziyyətlərdə PRP və oynaq mayesi kombinə edilərək tətbiq olunmaqdadır.

MSM həbləri,  kondroidin sulfat, kollagen hidrozilat və Glucosamine ən çox bilinən və tətbiq edilən  qığırdaq qoruyucu maddələrdir. Yaş artdıqca diz, omba, əl və ayaq bilək oynaqlarında müşahidə olunan  qığırdak  qoruyucu və bərpaedici vasitələr  yalnız  həkim nəzarətində  istifadə edilməlidir. Xüsusilə Glucosamine və Kondroitin bəzi qan durulducu dərmanlar ilə reaksiyaya  girərək qansızmalara səbəb ola bilər. Natrium əlavəli olanlar təzyiq və ürək problemlərini yeniləyə bilərlər ki bu da xəstəni əlavə qayğılarla yükləyə bilər.

Texnologiyanın inkişafı həm də  hərəkətsizliklə  bağlı erkən yaşlarda kirəcləşmə problemini  artmaqdadır. Orta yaş həddinin  uzanması ilə yanaşı, oynaqların deforma olmadan kirəcləşməsini əngəlləyən  yeni müalicə üsulları axtarılıb tapılır və uğurla tətbiq edilir.

Kirəcləşmənin irəliləmiş  mərhələlərində oynaq aralığındakı daralma, qığırdaq və  sümük deformaları həddindən artıq irəliləmışsə   cərrahi üsullara əl atılır.

Unutmayın:

  • Kirəcləşmə zamanı ağrı və məcburi hərərkərsizlik normal yaşamanıza mane ola bilər, lakin xəstəliklə mübarizə yolları vardır.
  • Dərmanlarınızı həkim nəzarətində qəbul etmək və düzgün reabilitasiya məşğələləri  müalicənin uğurunu artıracaq.
  • Dərman, FTR, oynaq injeksiyaları və cərrahi yanaşmalardan sizin üçün ən uyğun olan müalicə variantı mövzusunda həkimizin qərar verə bilər.