Əzələ ağrılarından şikayətlənən insanlar adətən ilk vaxtlar təsadüfi ağrı kəsicilər və əzələ yumşaldıcı dərmanlar qəbul edərlər. Halbuki müxtəlif xəstəliklərin səbəb olduğu əzələ ağrılarında yanlışlıqla əzələ yumuşaldıcı dərmanların istifadəsi problemin artmasına səbəb ola bilər. Burada ən vacibi əzələ ağrılarının səbəbini müəyyən etməkdir. Müalicə də buna görə təyin edilməlidir.
Əzələ ağrısı əzələdə ağırlıq hissi, həssaslıq, sərtlik, hərəkətsizlik, spazma, ağrı ilə müşahidə olunan tutulmalar, göynəmə olaraq özünü güstərir. Əzələ ağrıları xəstənin yuxusunu pozmaz. Çünki bu ağrılar hərəkət zamanı başlayır və artıq. İnfeksiya və maye toplanması zamanı isə bu ağrılar istirahət zamanı da davam edir.
Stress, gücəsalma, yanlış idman hərəkətləri və ya məşqlərdən qaynaqlanan əzələ ağrıları ümumiyyətlə evdə tətbiq oluna müalicələr ilə aradan qaldırıla bilir. Ağır zədə və ya başqa xəstəlik səbəbi ilə yaranan əzələ ağrıları isə ümumiyyətlə ciddi müalicə edilməyi tələb edir.
Uzun müddət edilən məşqlər əzələ ağrılarına yol açabilir.Özəlliklə müəyyən yaşdan sonra başlanılan, xüsusi təyin edilməyən məşqlərdən sonra əzələ ağrıları meydana gələ bilər. Pilates kimi əzələləri gərən məşqlər adamda onurğa və ya oynaq problemi varsa və ya əzələ quruluşuna görə edilməmişsə əzələ və oynaq problemləri meydana gətirə, əzələ ağrısı meydana gəlincə edilən masaj isə, əzələ içində şiş yarandığı təqdirdə zərər verə bilər.
Erkən dövrdə səhv edilən müdaxilələr ciddi əzələ problemləri meydana gətirə bilər, yaxşılaşması aylarla uzanar.