Fibromyalji Müalicəsi

Fibromyalji son dövürlərdə ən çox rastlanan xəstəliklərdəndir. Demək olar ki, hər 5 xəstədən biri Fibromyaljidən əziyyət çəkir.
Kadınlarda kişilərdən 4 dəfə çox rastlanan bu xəstəliyin başqa bir adı da yumşaq toxuma revmatizmasıdır.

Fibromyalji əlamətləri ümumiyyətlə:

  • Boyun və kürək ağrıları
  • Baş ağrıları, baş dönmələri
  • Halsızlıq və yorğunluq
  • Daimi yuxulu və ya yuxusuzluq,
  • Əsəbi olmaq
  • Ətraf  oynaqlarda ağrı və uyuşmalar
  • Bel və ayaq ağrıları şəklindədir.

Psixoloji baxımdan da; daimi  ağrı hissindən qaynaqlanan narahatlıq  şəklində özünü göstərir.

Ümumiyyətlə şikayətlər 3 aydan uzun bir zamanı əhatə edir.  Bu ağrılar insanın həyat fəaliyyətinə  ciddi şəkildə təsir edir və fəaliyyət  keyfiyyətini aşağı  salır.

Xəstəliyin müalicəsində multidisipliner yanaşma çox əhəmiyyətlidir və hər xəstəyə  ayrı-ayrılıqda  xüsusi müalicə proqramının tətbiqi vacibdir.

Fibromyalji müalicə kursumuza; Bərpa Müalicəsi, Osteopati, Manual Therapy, Yüksək sıxlıqlı Lazer, Frekans Müalicəsi, Medikal Müalicə, Məşq proqramları və Fibrozitlerin (ağrılı əzələ düğümcükləri) içinə PRP (Platelet Rich Plazma) daxildir.

Eyni zamanda  xəstənin qidalanma rasyonu hazırlanır, immun sistemi gücləndirilir və stressdən qurtulmaq və qorunmaq   mövzusunda təlim keçirilir.

Fibromyalji müalicə kursumuzun n müvəffəqiyyət nisbəti% 80 -% 95 aralığındadır.