Bədəndəki bütün toxumalar funksional olaraq bir-birləri ilə əlaqəlidir. Ona görə də osteopat yalnız başı müalicə etməz. Osteopat bədəndə somatik disfonksiyonun olduğu hər yeri müalicə etməlidir.
Xroniki osteopat yeni doğulan, uşaq və gənclərdə müalicə variantı olaraq istifadə edilə bilər. Anatomik olaraq yeni doğulan və uşaq hələ dinamik olaraq böyüməkdədir. Onların sümükləşməsi tamamlanmamış, kəlləsindəki oynaqları qapanmamış və əsnəkliklərini davam etdirməkdədir. Osteopatik maniplasyon yalnız somatik disfonksiyonları müalicə edər. Bu disfunksiyonların aradan qaldırılması insan bədəninin öz özünü yeniləməsinə, başqa sözlə, problemləri aradan qaldırmasına icazə verir və ən yaxşı vəziyyətdə funksiyalarını yerinə yetirməsini təmin edir. Gənc xəstələrin vücudları müalicəyə sürətli reaksiya verdikləri üçün osteopatik tətbiqlər ən yaxşı onlarda nəticə verir.
Osteopati çox güclü təbii sağalma sistemidir. Osteopati bədəndəki mexaniki çətinlikləri müəyyən edərək, əllə edilən müdaxilə deməkdir. Belə vəziyyətdə tətbiq olunanlar çətinlik və ağrıların aradan qaldırılmasına köməkçi olur.
Təməl olaraq əgər bir oynaq və əzələdə kısıtlılık varsa ya da sinirlər və damarlarda funksiyaları əngəlləyən mexaniki problemlər varsa, osteopat bölgədəki qısıtlılıkları aradan qaldıraraq normal funksiyaların fəaliyyətinin bərpasına kömək edir.
Uşaqlarda osteopat doğumla birlikdə başlayır. Müalicə tamamilə təhlükəsizdir. Körpə və uşaqlarda hər hansı bir ağrı və çətinliyə gətirib çıxarmaz.
Körpə və uşaqların bədənində hər hansı bir stress və problem olmaz, çünki onların çox gəncdirlər düşüncəsi qədim bir inanc olsa da yanlışdır. Əslində vəziyyət çox fərqlidir.
Doğum həyatımızın ən stressli hadisələrindən biridir. Doğum prosesində uşaqlıq doğum kanalının təbii müqavimətinə qarşı körpəni çıxarmaq üçün itələyər. Bu qısa, lakin həddindən artıq təsirli və stress dolu bir səfərdir. Körpənin başının bu gərginlikləri aradan qaldirmaq kimi mükəmməl bir qabiliyyəti vardır. Kəllənin ölçüsünü azaltmaq üçün yumşaq sümüklər bir-birinin içinə keçər, dönər, yəni şəkil dəyişdirər. Körpənin çənəsi də sinə qəfəsinə doğru sıxılar. Bəzi körpələr buna görə də dəyişik görünüşlü kəllələr ilə doğulurlar. Doğumdan sonrakı ilk bir neçə gün içərisində bu vəziyyət normala dönər. Amma çətin doğum və maqqaşdan istifadəyə bağlı olaraq bu vəziyyət daha uzun müddət davam edə bilər. Nəticə olaraq körpə baş və gövdəsindəki bir çox narahat edici vəziyyətlə yaşamaq məcburiyyətində qalar. Körpənin yanlış yatırılması isə bu vəziyyətin daha da pisləşməsinə səbəb ola bilər.
Osteopatlar dodaqlar, yanaqlar və dilin işini təmin edən sinirlərin doğumda təzyiqə uğrayıb təsirlənə biləcəyini düşünürlər. Bu sinirlər kəllənin bazasından çıxmaqdadır. Körpənin rahat və məhsuldar bir şəkildə qidalanması üçün bu strukturların düzgün çalışması son dərəcə əhəmiyyətlidir.
Yemək borusu, mədə bir balon kimi qabırğaların altında uzanır. Çətin və ya sürətli doğumlar bu strukturlarda stressə yol aça bilər. Eyni şəkildə göbək bağının körpənin boynuna dolanması da qarın bölgəsində əlavə bir çətinliyə yol aça bilər.
Bəlkə də ən həssas müalicə üsullarından biri olan Kranial Osteopati körpələr, qocalar, hamilə qadınlarda kəskin və təkrarlayıcı xroniki xəsarət üçün idealdır.
Bu üsul bütün bədəni müalicə etmək üçün istifadə edilə bilir. Son dərəcə güclü və dərin bir təsiri vardır.
Bədənimizdəki hər hüceyrə fərqli ritimlərlə hərəkət edir. Bunlardan biri də əsas tənəffüs ritmidir. Bu ritm tam olaraq çalışdığında bədən sərbəst hərəkət edir. Xəstəlik və ya xəsarət meydana gəldiyində bu ritm dəyişir. Bədəndə kısıtlılıklar və ağrı ortaya çıxa bilir. Vücudun özünü barpa etmə mexanizmləri hər zaman sağlam və ya balanslı vəziyyətdə olmamız üçün çalışır.