Piriformis Sindromu

Piriformis əzələsi, yançağın  dərinində bant şəklində uzanan bir əzələdir. Piriformis sindromu; siyatik sərhədinin piriformis əzələsi altında təzyiqə məruz  qalmasıyla ortaya çıxan; bel, omba və yançaq ağrısı, yançaq  arxasına və ayağa yayılan uyuşma, gizilti  əlamətləriylə təyin olunur.

Piriformis sindromu olan insanlarda oturmaq ağrını artırır. Ağrı ümumiyyətlə bel və omba bölgəsindədir, yeriyərkən və ya ayağı ayağın  üstünə atma hərəkəti zamanı  ağrılar artır.

Bel Yırtığı  ilə səhf salına bilər

Ayaq  arxasında, ayaqlarda keyimə və gizildəmə, yeriyərkən çətinlik çəkmə kimi əlamətləri səbəbiylə bel yırtığı ilə  qarışdırıla bilər.

Piriformis Sindromunun iki tipi vardır.

Birincisi; struktur olaraq piriformis əzələsinin qısa olmasından qaynaqlanar. Erkən dövrdə piriformis əzələsini uzadan  və gərilməni aradan qaldıran məşğələlərlə  problemi aradan qaldırmaq olar.

İkincisi; zədə və ya regional qan dövranının azalmasıyla əzələnin spazmaya  girməsiylə meydana gəlir. Səbəbi aradan qaldıran  müalicəni  təşkil etməklə problemin öhdəsindən gəlmək mümkündür.

Piriformis əzələsində, bel onurğa və ya əzələlərindəki problemlər, yanlış aparılan  məşqlər, ani və tərs hərəkətlər,  uzunmüddətli oturmaq (oturaraq işləmək, uzun müddətli səfərlər, velosipedə minmək) ya da həddindən artıq güc sərf etmək əzələ spazması meydana gətirə bilər. Əzələ sıxılması  siyatik siniri sıxışdıraraq, ağrı və keyləşməyə gətirib çıxarar.

PİRİFORMİS SİNDİROMU NƏCƏ MÜALİCƏ EDİLMƏLİDİR?

Kəskin ağrılı dövrdə istirahət və piriformis əzələsində spazmasını  həll etməyə istiqamətlənmiş  müalicə tətbiq edilməlidir.  Uzun müddət ayaq üstə qalma  və yerimə hərəkətləri azaldıla bilər. Ödem mövcud isə; soyuq qoyulur, müəyyən omba əzələlərini möhkəmləndirən məşqlər  etdirilir.

Kəskin ağrılı dövr sonrası  müalicə-bərpa  üsulları istifadə edilməlidir. Toxuma sağalmasını  təmin etmək və əzələ içi dövranı yaxşılaşdırmaq, lokal əzələ spazmasını azaltmaq üçün dərin toxumalara  lazer tətbiqləri (hil müalicə), ultrasəs proqramlar, fizioloji olaraq aktiv ionların elektrik cərəyanı köməyi ilə bədənə yeridilməsi.  yəni  fonoforezis istifadə edilə bilər .

Manuel müalicə üsullarıyla piriformis sindromuna səbəb olan əzələnin və oynaq ətrafındakı dövranın artırılması və gərginliklərin azaldılması həyata keçirilir. Müalicə proqramı; ətraf oynaqların mobilizasiyası, dəri altındakı bağ toxumasının yumuşaldılması, gərmə və qüvvətləndirmə məşqlərini də əhatə  etməlidir. Piriformis əzələsindəki spazmanı aradan qaldırmaq, dövranı təşkil və siyatik sinir təzyiqini   aradan qaldırmaq şərti ilə, bel, omba və ayaq ağrılarından  birdəfəlik  xilas olmaq mümkündür.


Piriformis sendromu